BMT: `İran kimi istəsə təyin edə bilər`
“Tehranın bu posta kiminsə namizədliyini verməsi məsələsi bizim vəzifəmizə aid deyil. BMT-yə üzv olan hər bir ölkə öz daimi nümayəndəsini seçməkdə sərbəstdir” - deyə Cuzarik qeyd edib.
“ABŞ hökümətinin Həmid Əbu Talibə qarşı fikirlərinin təşkilatda necə qarşılandığı” sualına, Cüzarik cavab olaraq bildirib ki, ABŞ və İran arasında müzakirələr BMT-nin mənzil-qərargahından kənarda aparılır və millətlər təşkilatının bu müzakirələrə heç bir aidiyyatı yoxdur: “Sözsüz ki, biz ikitərəfli münasibətləri diqqətlə izləyirik və ümüd edirik ki, bu məsələlər tezliklə həllini tapacaq” - deyə BMT baş katibinin nümayəndəsi əlavə edib.
Qeyd edək ki, İran Həmid Əbu Talibi BMT yanında daimi nümayəndəsi təyin edib. Ağ ev bu təyinata qarşı çıxıb. Həmid Əbu Talib 2007-ci ildən bu vəzifədə çalışan Məhəmməd Kəzaini əvəz edib.