Ermənistanın yeni baş naziri 14 apreldə açıqlanacaq

Ermənistanın yeni baş naziri 14 apreldə açıqlanacaq
  11 Aprel 2014    Oxunub:1453
Ermənistanda hökumət kimi ölkə də başsız qala bilər. Sarkisyan bundan sonra dövlət başçısı postuna iddia etmək niyyətində olmadığını deyib.
Bu barədə hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov məlumat verib. O bildirib ki, boş qalan baş nazir postuna layiqli namizədin tapılması üçün prezident Serj Sarqsyan məsləhətləşmələri davam etdirir.

Şarmazanov partiyadaxili son iclasa keçmiş baş nazir Tiqran Sarqsyanın da qatıldığını qeyd edərək, toplantıda Ermənistan və dünyada baş verən prosseslərin müzakirə edildiyini bildirib.

Qərara alınıb ki, yeni baş nazirin adı həftənin 1-ci gününə qədər açıqlansın. Jurnalistin "bu mümkün olmasa nə edəcəksiniz?" sualına isə Şarmazanov "Prezident siyasi partiyalarla müzakirələri davam etdirəcək və ortaq namizəd üzərində dayanılacaq" cavabını verib.

Bu arada Ermənistan Prezidenti Serj Sarkisyan Konstitusiya islahatlarının həyata keçirilməsi üzrə komissiyasının üzvləri ilə görüşündə bundan sonra dövlət başçısı postuna iddia etmək niyyətində olmadığını deyib.

S.Sarkisyan rəsmən bəyan edib ki, bir daha prezident postuna namizədliyini irəli sürməyəcək: "Əgər Konstitusiya islahatlarının müzakirələrinin nəticələri üzrə mənim istəyimə uyğun olmasa - mən parlament idarəçiliyi modelini nəzərdə tuturam - o zaman baş nazir vəzifəsinə də iddia etməyəcəyəm".

Qeyd edək ki, Prezidenti 2008-ci ildən dövlət başçısı postunu tutur. Ötən il bu vəzifəyə yenidən seçilib.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti