Azərbaycanı “Avroviziya-2022”də təmsil edəcək mahnı seçilib

   Azərbaycanı    “Avroviziya-2022”də    təmsil edəcək mahnı seçilib
  06 Mart 2022    Oxunub:1926
Azərbaycanı “Avroviziya-2022”də təmsil edəcək mahnı seçilib.

AzVision.az xəbər verir ki, bu barədə ölkəmizin təmsilçisi Nadir Rüstəmli instaqram hesabında yazıb.
“Ən çox sizinlə paylaşmaq istədiyim xəbəri nəhayət paylaşıram – mahnımız seçilib. Hətta onu artıq studiyada da yazmışıq. Seçim mərhələsində o qədər həyacanlı idim, məhs bu mahnının seçilməsini istəyirdim və elə də oldu. Mahnının özünü də sizinlə mümkün qədər tez paylaşmaq istəyirəm”, - ifaçı qeyd edib.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.

AzVision.az




Teqlər:





Xəbər lenti