Obama ermənilərin yasını tutur - AÇIQLAMA

Obama ermənilərin yasını tutur - AÇIQLAMA
  11 Aprel 2014    Oxunub:1382
“Erməni Soyqırımı” qanun layihəsinin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində qəbul edilməsindən sonra ABŞ Dövlət Katibinin nümayəndəsi Cen Psaki bunu XX əsrin ən qorxunc hadisələrindən biri kimi dəyərləndirib.
AzVision.az türk KİV-lərinə istinadən xəbər verir ki, Obama hakimiyyətinin soyqırımı haqqında mövqeyinə aydınlıq gətirən Cen Psaki “erməni soyqırımı” olaylarını uzun müddətdir tarixi gerçək kimi gördüklərini və Osmanlı İmperatorluğunun son günlərində qətlə yetirilən və ya ölümlərinə yürüyən 1.5 milyon erməninin yasını saxladıqlarını ifadə edib.

Qeyd edək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dünən “Erməni Soyqırımı” qanun layihəsi 5 səs əleyhinə olmaqla 12 səslə qəbul edilib.

Qanun layihəsində Türkiyəni `hədəf alan` ifadələrin çıxarılmasına rəğmən “Erməni Soyqırımı” ifadəsi yer alır.

Emin Piri


Teqlər:  





Xəbər lenti