Magistr olmaq istəyən jurnalistlərin sayı azalıb- TQDK

Magistr olmaq istəyən jurnalistlərin sayı azalıb- TQDK
  11 Aprel 2014    Oxunub:1034
“Jurnalistika” ixtisası üzrə magistraturaya qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı müddəti uzadılıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, 2014-2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olmayaraq, “Jurnalistika” ixtisası üzrə magistraturaya qəbul olunmaq üçün müsabiqədə iştirak edə bilərlər.

Bunun üçün onlar aprelin 4-dən 10-dək TQDK-nın internet saytında müvafiq səhifədə (https://azvision.az/redirect.php?url=http://eservices.tqdk.gov.az/erizemag/) jurnalistika üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq anketi doldurmaqla qeydiyyatdan keçiblər. Bu müddət ərzində qeydiyyatdan keçənlərin sayı cəmi 23 nəfərdir.

TQDK qeydiyyat üçün nəzərdə tutulmuş müddətin 14 aprel saat 9:00-a qədər uzadılması barədə qərar qəbul edib.

Beləliklə, ixtisasından asılı olmayaraq yuxarıda qeyd olunan müsabiqə şərtini ödəmiş bütün bakalavrlar göstərilən müddətədək qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, cari ildə “Jurnalistika” ixtisası üzrə magistraturaya ümumilikdə 43 yer ayrılıb ki, bunlardan 25-i dövlət sifarişi üzrədir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti