“Azərbaycanfilm” kinostudiyasının direktoru işdən çıxıb - Yeni təyinat

   “Azərbaycanfilm” kinostudiyasının direktoru işdən çıxıb -    Yeni təyinat
  04 Mart 2022    Oxunub:2117
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.
AzVision.az xəbər verir ki, bu barədə F.Əhmədov özü bildirib.

Onun sözlərinə görə, martın 1-dən kinostudiyanın direktoru vəzifəsindən ayrılıb.

F.Əhmədov fəaliyyətini audiovizual layihələrin istehsalı sahəsində davam etdirəcək.

Qeyd edək ki, Fariz Asif oğlu Əhmədov 2020-ci ilin sentyabrın 30-dan bu vəzifədə çalışırdı.

Həmçinin mədəniyyət naziri Anar Kərimovun əmri ilə kinostudiyaya yeni direktor təyin olunub. Bu vəzifəyə Nazim Hüseynov təyinat alıb. O, bu tarixədək “Salnaməfilm” studiyasının direktoru idi. N. Hüseynov, həmçinin F. Əhmədova qədər “Azərbaycanfilm”də direktor səlahiyyətlərini icra edirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti