İnternet nəhənglərindən müraciət: parolları dəyişin!

İnternet nəhənglərindən müraciət: parolları dəyişin!
  11 Aprel 2014    Oxunub:886
Bir neçə internet nəhəngi - `Google`, `Facebook` və `Yahoo!` öz istifadəçilərinə müraciət edərək, parollarını dəyişmələrini xahiş ediblər. Buna səbəb şirkətlərin təhlükəsizlik sistemində ciddi qüsurun aşkarlanmasıdır.
AzVision.az xəbər verir ki, xüsusilə də `Yahoo` istifadəçilərinin vəziyyəti daha risklidir. Onlara bütün parollarını dəyişdirmək tövsiyə olunur.

Məlum olub ki, son iki il ərzində istifadəçilərin bütün fəaliyyəti bədəməllərin qarşısında müdafiəsiz qalıbmış. Amma məlum deyil ki, kimsə bundan istifadə edibmi.

Təhlükəsizlik sistemindəki nöqsanı `Google Inc.` ekspertləri aşkarlayıblar. Nöqsan SSL/TLS texnologiyasında imiş.

AzVision.az


Teqlər:





Xəbər lenti