YAP Gənclər Birliyi yeni layihəyə başlayır

YAP Gənclər Birliyi yeni layihəyə başlayır
  11 Aprel 2014    Oxunub:1130
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi “Tarix klubu” adlı yeni pilot layihəni həyata keçirməyə başlayır.
YAP Gənclər Birliyindən bildirilib ki, “Tarix klubu” layihəsi həftədə bir dəfə saat 15-də Birliyin ofisində keçiriləcək.

Bir il davam edəcək layihənin əsas məqsədi tarix elminə marağı olan gəncləri bir araya gətirmək və müxtəlif mövzular əsasında onlarla diskussiya aparmaqdır.

“Tarix klubu” çərçivəsində bir sıra mütəxəssislərlə görüşlər təşkil olunacaq. Eyni zamanda ayda 4 dəfə keçiriləcək bu layihədə iştirak edən fəal gənclərə hər iki aydan bir sertifikat veriləcək, həmçinin bir sıra tarixi yerlərə ekskursiyalar təşkil ediləcək.

Aprelin 10-da YAP Gənclər Birliyində layihənin təqdimatı keçirilib.


Teqlər:  





Xəbər lenti