Hacıqabulda ağır qəza: sürücü öldü

Hacıqabulda ağır qəza: sürücü öldü
  10 Aprel 2014    Oxunub:973
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Hacıqabul rayonu, Atbulaq kəndində "VAZ" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir səddlərə çırpılması nəticəsində yol qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər sürücü 1980-ci il təv. Həsənov Araz Əli oğlunun sıxılmış vəziyyətdə qalmış meyitini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:48-də başa çatıb.


Teqlər:





Xəbər lenti