Pekin Olimpiya Oyunları başa çatıb – MEDAL SİYAHISI

   Pekin Olimpiya Oyunları başa çatıb –    MEDAL SİYAHISI
  20 Fevral 2022    Oxunub:2367
Pekin-2022 Qış Olimpiya Oyunları başa çatıb.
AzVision.az xəbər verir ki, fevralın 20-də - Olimpiya Oyunlarının sonuncu günündə qadınlar arasında 30 kilometr məsafəyə xizək yarışı, dağ xizəkçiliyi, bobsley, körlinq və hokkey üzrə yarışlar keçirilib.

“Pekin-2022” Qış Olimpiya Oyunlarında birinci yeri Norveç komandası tutub. Bu ölkənin idmançıları 16 qızıl, 8 gümüş, 13 bürünc medal qazanıblar. Norveç qızıl medalların sayına görə Qış Olimpiya oyunlarının tarixində yeni rekorda imza atıb. İndiyədək bir “Ağ Olimpiada”da heç bir komanda bu qədər çempionluq yaşamayıb. Norveç bütün Qış Olimpiya Oyunları tarixində həm ən çox qızıl, həm də ən çox medal qazanan ölkədir.

İkinci yeri 12 qızıl, 10 gümüş və 5 bürünc medalla Almaniya tutub. Ev sahibi – Çin komandasının aktivində 9 qızıl, 4 gümüş və 2 bürünc medal var. Çin idmançıları indiyədək heç bir Qış Olimpiya Oyunlarında bu cür yüksək nəticə göstərməyiblər.

Fevralın 4-də başlayan “Pekin-2022” Qış Olimpiya Oyunlarında 29 ölkənin atletləri idmanın 15 növü üzrə 109 medal qazanıblar. Yarışlar Pekində və yaxınlıqdakı Canciakou şəhərindəki 13 arenada təşkil olunub. Çin paytaxtı həm Yay, həm də Qış Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər kimi tarixə düşüb. “Pekin-2008” Yay Olimpiya Oyunlarında istifadə olunmuş 5 idman arenasında Qış Olimpiya Oyunlarının yarış və tədbirləri keçirilib. Pekindəki məşhur “Quş yuvası” stadionu isə idman tarixinə hər iki Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərinin keçirildiyi məkan kimi düşəcək.



AzVision.az


Teqlər:





Xəbər lenti