"Məktəbdə olanları videoya çəkib yaymaq doğru deyil" - Nazir

 "Məktəbdə olanları videoya çəkib yaymaq doğru deyil" -  Nazir
  18 Fevral 2022    Oxunub:2350
"Məktəbdə olanları videoya çəkib geniş ictimaiyyətə təqdim etməklə təhsilin indiki vəziyyətini məncə təsvir etmək doğru deyil".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, gün ərzində təxminən 3-4 milyona yaxın insanın təhsillə ünsiyyəti olur və təbii ki, bu adamların arasında hansısa münaqişələr, öz aralarında problemlər yaşanır.

"Videolar və bu tip məsələlərə gəlincə, deyə bilərəm ki, təhsil sistemi çox böyük bir sistemdir. 1 milyon 600 min şagird, 200 mindən artıq müəllim təkcə ümumtəhsil müəssisələrindədir. 200 mindən bir qədər az məktəbəqədər təhsil müəssisələrində olan uşaqlar, 30-40 minə yaxın orada işçilər var".

AzVision.az



Teqlər: Məktəb  





Xəbər lenti