Naibə Allahverdiyeva boşandığı əri ilə efirdə barışdı - Video

   Naibə Allahverdiyeva boşandığı əri ilə efirdə barışdı -    Video
  17 Fevral 2022    Oxunub:1940
Xalq artisti Naibə Allahverdiyeva boşandığı həyat yoldaşı ilə barışıb.
Hadisə "Bizimləsən" proqramında baş verib. Belə ki, aktrisa verilişdə olan zaman həyat yoldaşı Yusif telefonla efirə bağlanıb. Aparıcı Zaur Baxşəliyev onları barışdırmağa çalışıb.

"Ondan çox xahiş etmişəm, yalvarmışam. Ürəyi yumşaqdır, yəqin bağışlayar məni. Bilir ki, onu çox sevirəm. Bilmirəm niyə, onu çox sevirəm. Bəzi səhvlər etdim. Həyatım bağışla məni, səhv etmişəm. Ona qarşı səhvlər etdim" deyə, Yusif bildirib.

"Onunla ilk görüşəndə onun özünü ağır aparmasını bəyəndim. Restoran işlədirdi, xınayaxdıda tanış olduq. Onun restoranı var idi. Paltar dəyişəndə otaq axtardım, müdirin otağını göstərdilər. Orada tanış olduq, sonra danışdıq. Ona çox bağlandım, dəhşətli dərəcədə sevdim onu. O, məni daha çox sevir. Yusif, mən sənə burada son şansı verirəm" deyə, aktrisa barışdığını söyləyib.

N.Allahverdiyeva onu da vurğulayıb ki, keçmiş həyat yoldaşı onunla tanış olanda 5 il əvvəl ilk xanımından boşanıb.

Qeyd edək ki, N.Allahverdiyeva bir müddət əvvəl açıqlamasında rəsmi boşandıqlarını deyib.(Axşam.az )



AzVision.az


Teqlər:





Xəbər lenti