Partlamış nüvə reaktorunun daxilindən sensasion FOTOLAR

   Partlamış nüvə reaktorunun daxilindən    sensasion FOTOLAR
  16 Fevral 2022    Oxunub:8437
Yaponiya alimləri 2011-ci il, martın 11-də qəza baş verən Fukuşima nüvə reaktorunun daxilindən şəkillər əldə edə biliblər. Buna ilk dəfə 2017-ci ildə cəhd göstərilsə də, yüksək radiasiya robotların işləməsinə imkan verməmişdi. Amma Hitachi şirkətinin yaratdığı yeni nəsil “ROV-А” robotu reaktorun birinci enerji blokuna daxil ola bilib.

Şəkillərdə görünən ətrafı basmış tünd rəngli substansiya gil və ya lil deyil, reaktorun ərimiş yanacağıdır. Yanacaq 2 metr dərinlikdədir, onu əhatə edən su isə alimlərin fikrincə, daha radioaktiv ola bilər.


Şəkil çəkməkdən əlavə, robot partlamış reaktorun daxilindəki radiasiyanı da ölçüb. Reaktorun daxilində o, 2 zivert olub ki, bu da insan üçün ölümcül sayılan dozadan 2 dəfə yüksəkdir.

İlin sonuna qədər ikinci reaktorun daxilində tədqiqat aparmaq üçün digər robotlar da hazırlanır.


Fukuşima reaktorunun operatoru olan TEPCO şirkəti radioaktiv tullantıların yerini, həmçinin izotop tərkibini öyrənməyə və utilizasiya etməyə çalışır. Bu, çox çətin missiyadır, belə ki, qəza baş vermiş AES-də ən azı 900 ton yanacaq olub. Radioaktiv tullantıların utilizasiyasının haradasa 30-40 il çəkəcəyi gözlənilir.

Samir Quliyev
AzVision.az


Teqlər: Fukuşima   Yaponiya   Reaktor   Qəza  





Xəbər lenti