Bu il müəllimlər üçün 13 minə yaxın yer ayrılacaq

Bu il  müəllimlər üçün 13 minə yaxın yer ayrılacaq
  16 Fevral 2022    Oxunub:2839
"Bu il müəllimlərin işə qəbulu müsabiqəsi ənənəvi olaraq iyul ayında keçiriləcək. Proses avqust ayına qədər davam edəcək".
AzVision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlərinə görə, müsabiqənin keçirilməsi tarixi dəyişməyəcək və tədris ilinin əvvəlinə qədər proses başa çatır.

“Ötən il yay aylarında müəllimlərin işə qəbulu müsabiqəsində əsas yerləşdirmə turlarında 8 minə yaxın vakansiya yeri təqdim olunmuşdu. Sonrakı dövrdə 5 minə yaxın yer də təqdim olundu. Beləliklə, ötən il 13 minə yaxın vakansiya elan olunub. Artım dinamikası davam edir. Bu rekord saylardır. Düşünürük ki, cari ildə müəllimlərin işə qəbul müsabiqəsində də eyni sayda vakant yerlər elan olunacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti