Makronun ideyası: Ukrayna neytral dövlət ola bilərmi? – Rusiyadan baxış

      Makronun ideyası:    Ukrayna neytral dövlət ola bilərmi? –    Rusiyadan baxış
  14 Fevral 2022    Oxunub:3249
Darya Qrevtsova
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini
Xüsusi olaraq AzVision.az üçün


Fransa prezidenti Makronun Rusiyaya səfəri uğursuz alınsa da, tam iflas saymaq da düz deyil. Bu danışıqları ona görə “uğurlu” adlandırmaq olmaz ki, kompromis əldə olunmayıb. Qərb ölkələri NATO-nun şərqə doğru genişlənməyəcəyinə və Rusiyaya yaxın ölkələri ələ keçirməyəcəyinə dair zəmanət verməkdən imtina ediblər. NATO hər şeydə Rusiyanı suçlayır və vəziyyətin gərginləşdirilməsində öz günahlarını etiraf etməyə hazır deyillər.
Danışıqların iflasa uğradığını isə ona görə demək olmaz ki, Makron dialoqun qapalı hissəsində səslənən bəzi ideyaları şərh edib, Vladimir Putin mətbuat konfransında bildirib ki, fransız həmkarı onların həyata keçirilməsinə nail ola bilsə, fayda verə bilər. Əvvəlcə bu ideyaların nədən ibarət olduğu bəlli deyildi, indisə Britaniya mətbuatına istinadla dərc olunan fərziyyəyə əsasən, guya onların məzmununu öyrənə biliblər. Makronun ideyası Ukraynanı soyuq müharibə dövründə Finlandiya və Avstriya nümunələri əsasında neytral tərəfə çevirməkdən ibarət olub.

Neytrallıq ideyası düzgün və yaxşıdır, lakin NATO üzvləri bununla razılaşmalı, Ukrayna onu öz Konstitusiyasına daxil etməlidir. Ancaq bu da kifayət deyil, çünki NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsi təkcə Ukraynanın alyansa cəlb edilməsilə deyil, həm də ABŞ və digər ölkələr arasında ikitərəfli əlaqələr vasitəsilə mümkündür. Misal kimi ABŞ qoşunlarının və nüvə silahlarının Cənubi Koreya və Yaponiyada yerləşdirildiyi modeli göstərmək olar.

Bundan əlavə, Amerika Birləşmiş Ştatlarının Ukraynada qurduğu hakimiyyət də ölkənin neytrallığına zəmanət vermir. Ukraynada neofaşizm və onun təbliğatı qadağan edilməlidir. Bütün siyasi məhbuslar isə azadlığa buraxılmalıdır. Odessa, Xarkov, Mariupol, Dnepropetrovsk, Zaporojye və Kiyev vilayətində törədilən qırğınlara görə məsuliyyət daşıyanlar araşdırılmalı və məsuliyyətə cəlb edilməlidir.

Makron Kiyevə Putinin müharibənin heç də labüd olmadığı və Rusiyanın hərbi əməliyyatlardan qaçmaq üçün hər şeyi etdiyi mesajı ilə gedib. Lakin bu yalnız Kiyev rejiminin yürütdüyü siyasəti dəyişdiyi halda mümkün ola bilər. Təsadüfi deyil ki, Vladimir Putin heç vaxt “Ukrayna hökuməti”, “Ukrayna prezidenti” terminlərindən istifadə etmir, məhz “Kiyev” və ya “Kiyev rejimi” ifadələrini işlətməklə Ukraynada legitim hakimiyyətin olmadığını vurğulayır. O demək istəyir ki, Ukraynanın öz Hökuməti yoxdur, orada kənardan idarə olunan rejim var.

Kiyevin siyasətini hansı istiqamətdə dəyişdirilməli olduğu haqda Makronun Moskvadan apardığı ikinci ideya isə budur ki, Minsk razılaşmaları Lavrovun dəfələrlə dediyi “menyu prinsipi” ilə həyata keçirilməli deyil. Yəni onlar istədikləri vaxt seçim edə, nəyisə yerinə yetirə, istəməyəndə isə yox ola bilməzlər. Minsk razılaşmalarının bütün bəndləri tam şəkildə yerinə yetirilməlidir.

Bundan əlavə, Makron özüylə Ukraynanın rəsmi olaraq neytral dövlətə çevrilə biləcəyi ideyasını da aparıb.

Hazırladılar:
Samir Vəliyev
Nadir Quliyev



Teqlər: Ukrayna   Makron   Putin  





Xəbər lenti