"Sakit Don"un Natalyası vəfat edib

 "Sakit Don"un Natalyası vəfat edib
  12 Fevral 2022    Oxunub:2476
Rusiyanın məşhur aktrisalarından olan 88 yaşlı Zinaida Kiriyenko vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Bildirilir ki, o dünən insult keçirdikdən sonra qismən iflic olub və xəstəxanaya yerləşdirilmişdi.

Aktrisanın yaxın dostu Larisa Lujina Kiriyenkonun çətinliklərdən şikayət etməyi sevmədiyini və aktiv həyat tərzi sürməyə çalışdığını deyib.

- Onunla sonuncu dəfə görüşəndə ​​səhhətindən şikayət etmədi. Ağrıları barədə mənə heç nə demədi. Bu yaxınlarda festivala, Uzaq Şərqə getdi. Film festivalında şən və yaxşı görünürdü. Hətta rəqs etdi,- Larisa deyib.

Qeyd edək ki, Zinaida Kiriyenko 1933-cü ildə Mahaçqalada anadan olub. Moskvanın müxtəlif teatrlarında işləyib. O, Sergey Gerasimovun "Sakit Don" filmində Natalya rolunu oynadıqdan sonra populyarlıq qazanıb. Ümumilikdə 30-dan çox filmdə rol alıb. O, Sergey Bondarçukun “İnsan taleyi” filmində İrina rolunu mükəmməl şəkildə ifa edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktrisa   Vəfat  





Xəbər lenti