Putin Türkiyəyə səfər tarixini Olimpiadadan sonra açıqlayacaq

   Putin Türkiyəyə səfər tarixini Olimpiadadan sonra açıqlayacaq
  27 Yanvar 2022    Oxunub:633
“Biz Rusiya ilə Ukrayna arasında münaqişənin olmasını istəmirik”.
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Ankara Rusiya Federasiyası ilə ABŞ arasında dialoqun davam etməsinin tərəfdarıdır. Çavuşoğlu əlavə edib ki, Türkiyə NATO-nun tələblərini həm ABŞ, həm də Rusiya ilə bölüşüb.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfərinin tarixini Pekin Olimpiadasından sonra açıqlayacaq.

Pərvanə Sultanova
AzVision.az

Teqlər: Türkiyə   NATO  







Xəbər lenti