"Vogue" jurnalının əfsanəvi baş redaktoru ölüb

"Vogue" jurnalının əfsanəvi  baş redaktoru ölüb
  19 Yanvar 2022    Oxunub:573
Moda dünyasının ən nüfuzlu adamlarından biri, “Vogue” jurnalının keçmiş baş redaktoru Andre Leon Telli 73 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” yazıb.

Nəşrin məlumatına görə, Andre Leon Telli Nyu-Yorkun əyalət xəstəxanalarından birində dünyasını dəyişib. Ölüm səbəbləri haqqında məşhurun yaxınları hələ ki, açıqlama verməyiblər.

O, “dəb jurnalistikası"nda karyerasına 1975-ci ildə Endi Uorholun "The Interview" jurnalı ilə başlayıb. Oradan "Women's Wear Daily"yə keçib və onun Paris bürosunun rəhbəri olub. Telli 1995-ci ilə qədər "Vogue" jurnalının baş redaktoru olub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Vogue  





Xəbər lenti