Tanınmış rusiyalı aktyor vəfat edib

Tanınmış rusiyalı aktyor vəfat edib
  18 Yanvar 2022    Oxunub:663
Tanınmış rus aktyor Anatoli Basin vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə yerli media mlumat yayıb.
- İrkutsk Akademik Dram Teatrı aktyor Anatoli Basinin vəfat etməsi barədə xəbər yayıb. Sənətçinin ölüm səbəbi açıqlanmır. Onun 72 yaşı var idi,-məqalədə yazılıb.

Qeyd edək ki, Basin 27 il teatrda çalışıb və xeyli sayda film və seriallarda rol alıb. Onun ən çox diqqət çəkən rolları arasında "Mənim möhtəşəm dayəm", "Əsgərlər", "Karmelita. Qaraçı ehtirası" və "Diversant. Müharibənin sonu" filmlərində canlandırdığı qəhrəmanlar xüsusilə seçilib.

AzVision.az

Teqlər: Aktyor   Vəfat  







Xəbər lenti