Xəzərdə külək elektrik stansiyası tikiləcək
Memorandum dənizdə külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycanda bərpa olunan enerji layihələrinə gəlirli investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur.
“ACWA Power” şirkəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dayanıqlı inkişaf və təmiz ətraf mühitə nail olmağa xidmət edən “yaşıl enerji” kursunun həyata keçirilməsində mühüm tərəfdaşımızdır. Bu sənədin imzalanması “ACWA Power” şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsinə və Azərbaycanın dənizdə külək enerjisi üzrə inkişaf hədəflərinə də töhfə verəcək”, - nazir müavini Elnur Soltanov bildirib.
“Bu gün Anlaşma Memorandumunun imzalanması Azərbaycanın Energetika Nazirliyi tərəfindən bizə olan etimadın nümayişidir və biz bu əhəmiyyətli nailiyyətlə strateji tərəfdaşlığımızı möhkəmləndirməkdən qürur duyuruq. Davamlı əməkdaşlığımız bizə bu gözəl ölkədə enerji keçidinə töhfə verməyə və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş milli enerji kompleksində yaşıl enerjinin payının artırılması məqsədinə nail olmaqda fəal rol oynamağa imkan verəcək”, - “ACWA Power” şirkətinin sədri Mohammad Abunayyan qeyd edib.
Memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirmək və onlara nəzarət etmək məqsədilə Rəhbər Komitə və İşçi Qrup yaradılacaq. Xatırladaq ki, Azərbaycan hazırda “ACWA Power” şirkəti ilə investisiya dəyəri 300 milyon ABŞ dolları olan 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası layihəsi üzrə əməkdaşlıq edir.
Qeyd edək ki, “ACWA Power” şirkəti qlobal miqyasda bərpa olunan enerji sahəsində 14 900 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 42 800 MVt qoyuluş gücünə bərabər istehsal və 67,2 milyard ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.
AzVision.az
Teqlər: ACWAPower