Günəşdən 5 dəfə qızmar: Çin enerji inqilabına yaxınlaşır

// Nüvə sintezindən limitsiz və təmiz enerji alınması reallığa çevrilir

      Günəşdən 5 dəfə qızmar:    Çin enerji inqilabına yaxınlaşır
  09 Yanvar 2022    Oxunub:3675
Çinin eksperimental termonüvə reaktoru Günəşdən 5 dəfə daha yüksək temperatura – 70 milyon dərəcə selsiyə çataraq, 17 dəqiqə (1056 saniyə) bu rejimdə işləyib. Bu hər iki parametr üzrə dünya rekordudur.

AzVision.az “livescience”ə istinadla bildirir ki, “süni günəş” kimi də tanınan Təkmilləşdirilmiş Eksperimental Fövqəlötürücü Tokomak (EAST) layihəsinin məqsədi praktik olaraq limitsiz təmiz enerji əldə etməyə nail olmaqdır. Bu məqsədlə ulduzların daxilində gedən təbii reaksiyadan istifadə olunur. Yəni iki hidrogen nüvəsi birləşərək, bir helium nüvəsi, üstəgəl, enerji yaranır. Heç bir faydalı qazıntıya ehtiyac qalmır və ətraf mühit çirklənmir.



2021-ci ilin iyununda Çin alimləri ilk rekordu vuraranda AzVision.az bu haqda geniş yazmışdı.





Teqlər: TOKOMAK   Termonüvə  





Xəbər lenti