Şuşadakı abidələrin “Bərpa təlimatı” hazırlanıb

   Şuşadakı abidələrin “Bərpa təlimatı” hazırlanıb
  07 Yanvar 2022    Oxunub:919
Şuşa şəhərindəki abidələrin “Bərpa təlimatı” hazırlanıb.
AzVision.az xəbər verir ki, bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli mətbuat konfransında söyləyib. Sənəddə bir neçə əsas istiqamətlər üzrə məlumat və tövsiyələrin öz əksini tapdığını bildirən Dövlət Xidmətinin rəisi deyib:

"Bunlar işğalın nəticələri və səbəb olduğu dağıntılar, abidələrin monitorinqi və inventarlaşdırılması, abidələrin bərpası və regenerasiyası, bərpa prosesi, abidələrin identifikasiya və lokalizasiya məlumatları, tikililərin tipologiyası və xüsusiyyətləri, abidələrin bərpa statusu və risk faktorları, onların qorunması üçün təcili mühafizə tədbirləri, abidələrin tarixi-memarlıq tədqiqatları və memarlıq tipologiyasıdır".

Şəhanə Rəhimli
AzVision.az


Teqlər: Şuşa  





Xəbər lenti