Musiqi məktəblərinə işə qəbul imtahanla həyata keçiriləcək

Musiqi məktəblərinə işə qəbul imtahanla həyata keçiriləcək
  28 Dekabr 2021    Oxunub:1471
"Növbəti ildə musiqi məktəblərinə işə qəbul imtahanının keçirilməsinə başlayacağıq".
AzVision.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat Konfransında deyib. Onun sözlərinə görə, imtahanların gecikməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var:

"Təəssüf ki, musiqi məktəblərində işə qəbulla bağlı nöqsanlar aşkarlanıb. İmtahanların keçirilməsi üçün metodologiya hazırlanmalıdır. İstəyirik ki, Dövlət İmtahan Mərkəzini cəlb edək və Mədəniyyət Nazirliyi prosesdən kənar dursun".

Şəhanə Rəhimova
AzVision.az

Teqlər: Məktəb  







Xəbər lenti