Baş məşqçi koronavirusa yoluxub

Baş məşqçi koronavirusa yoluxub
  25 Dekabr 2021    Oxunub:1779
İngiltərənin "Aston Villa" futbol komandasının baş məşqçisi Stiven Cerrardın koronavirus testi müsbət çıxıb.
AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis "Çelsi" və "Lids"lə Premyer Liqa qarşılaşmalarında iştirak edə bilməyəcək.

Oyunlar dekabrın 26-da və 28-də olacaq.

Qeyd edək ki, "Aston Villa" 17 oyundan 22 xalla 10-cu yerdə gedir.

AzVision.az



Teqlər: Futbol   Korona  





Xəbər lenti