Tanınmış yazıçı koronavirusdan öldü

Tanınmış yazıçı koronavirusdan öldü
  25 Dekabr 2021    Oxunub:1911
Tanınmış yazıçı və ssenarist Albert Lixanov 86 yaşında vəfat edib. xəbər verir ki, bu barədə Rusiyanın İctimai Palatası məlumat yayıb.
Bildirilir ki, onun ölümünə səbəb koronavirus olub.

Qeyd edək ki, Albert Lixanov 1935-ci il sentyabrın 13-də Kirovda anadan olub. 1958-ci ildə Ural Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Komsomolskoye plemya” qəzetinin və “Smena” jurnalının baş redaktoru vəzifələrində çalışıb. 1991-ci ildən Rusiya Uşaq Fondunun idarə heyətinin sədri və Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti olub.

Lixanov 2005-ci ildə Rusiya və ABŞ-da ilin adamı seçilib. Həmçinin ABŞ-da 2006-cı ildə "Freedom"- Ümumdünya Azadlıq Medalı ilə təltif edilib. Kembric Universiteti Lixanovu “XXI əsrin 2000 görkəmli avropalısı” siyahısına daxil edib.
O, "Mənim generalım" (1975), "Xoş niyyətlər" (1980), "Təmiz çınqıllar" (1985), "Aldatma" (1986), "Günahsız sirlər" (2005) və digər kitabların müəllifidir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yazıçı   Vəfat  





Xəbər lenti