Xaricdə təhsil alan 726 şəxsin diplomu tanınmayıb

Xaricdə təhsil alan 726 şəxsin diplomu tanınmayıb
  23 Dekabr 2021    Oxunub:1569
Bu il ərzində xaricdə təhsil almış 2278 şəxsin diplomu tanınıb, 726 nəfərə mənfi cavab verilib.
AzVision.az -ın xəbərinə görə, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Eldar Orucov keçirdiyi brifinqdə deyib. O, bu il diplomların tanınması ilə bağlı quruma 3 004 müraciətin daxil olduğunu söyləyib.

E.Orucovun sözlərinə görə, müraciətlərdən 76%-nə (2278) müsbət, 24 %-nə (726) isə mənfi cavab verilib: "Diplomların tanınması ilə bağlı ortalama müddət bu il 3 dəfə aşağı düşüb. Belə ki, 2018-ci ildə baxılma müddəti 50 gün, 2019-cu ildə 40 gün, 2020-ci ildə 43, bu il isə 18 gün olub".

AzVision.az


Teqlər: Diplom  





Xəbər lenti