Elçisinə “yox” deyilən qız intihar etdi

   Elçisinə “yox” deyilən qız intihar etdi
  20 Dekabr 2021    Oxunub:1439
Lənkəranda 17 yaşlı qız intihar edib.
AzVision.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Girdəni kəndində baş verib. Belə ki, 2004-cü il təvəllüdlü A.B. yaşadığı evdə özünü asıb. Hadisədən onun anası xəbər tutub. O, qızını evdə görmədikdə aşağı mərtəbəyə enib və övladını asılmış vəziyyətdə aşkarlayıb.

Bildirilir ki, A.B. anası ilə eyni marketdə işləyirmiş. Bir müddət əvvəl həmin marketdə çalışan oğlan qızın ailəsinin də razılığını almaq məqsədilə onlara elçi göndərib. Lakin valideynlər bu izdivaca razılıq verməyiblər.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: İntihar  





Xəbər lenti