Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib
  10 Dekabr 2021    Oxunub:412
Abşeron Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin və “Qırmızı Ürəklər” Fondunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş ağacəkmə aksiyası keçirilib.
AzVision.az xəbər verir ki, Vətən uğrunda canlarından keçmiş hər şəhidimizin xatirəsinə bir ağac tingi əkilib. Aksiya gələcək günlərdə də davam edəcək.

Ağacəkmə aksiyasında Abşeron Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Milli Məclisin deputatları, fəal gənclər, şəhid ailələri və qazilər iştirak ediblər.

Çıxış edənlər ulu öndər Heydər Əliyevi ölkəmizə rəhbərlik etdiyi dövrdə Azərbaycançılıq məfkurəsinin möhkəmlənməsi istiqamətində gördüyü tarixi əhəmiyyətli fəaliyyətindən söz açıblar. Bildirilib ki, Ulu Öndərin Qarabağla bağlı arzusunun gerçəkləşməsində onun siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun fədakarlığı, ümumxalq birliyinin nəticəsində torpaqlarımız erməni işğalçılardan azad edildi.

Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi hər zaman uca tutulur və dərin ehtiramla yad edilir.







AzVision.az



Teqlər:





Xəbər lenti