Yasa gedən viruslu xəstəyə cinayət işi açıldı

Yasa gedən viruslu xəstəyə cinayət işi açıldı
  11 Dekabr 2021    Oxunub:688
İsmayıllı və Ağsuda polis əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, şəhər sakinləri Ruslan Kərimov və Rəhman Şamxalovun COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin olunub, karantin rejiminin qaydalarına riayət etmələrinin vacibliyi barədə xəbərdarlıq edilib. Lakin həmin şəxslər tələbləri pozaraq yaşadıqları ünvanları tərk ediblər və polis əməkdaşları tərəfindən ictimai yerlərdə aşkarlanıblar. Onlar tibbi prosedurlar da gözlənilməklə evlərinə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə isə koronavirus infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb olunan Kəndoba kənd sakini Üzeyir İsmayılovun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Belə ki, onun infeksiyaya yoluxduqdan sonra yas mərasiminə getdiyi və oradakı digər şəxslərin də sağlamlığı üçün real təhlükə yaratdığı məlum olub. Ü.İsmayılov barəsində Ağsu RPŞ-də cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti