Keçmiş birinci xanım Hondurasın prezidenti seçildi

  Keçmiş birinci xanım Hondurasın prezidenti seçildi
  02 Dekabr 2021    Oxunub:629
Hondurasın keçmiş birinci xanımı Siomara Kastro ölkəyə rəhbərlik edəcək ilk qadın olacaq. Belə ki, onun əsas rəqibi prezident seçkilərində məğlub olduğunu rəsmən etiraf edib.
AzVision.az -ın məlumatına görə, bu barədə “Reuters” xəbər verir. Qeyd olunur ki, hakim mühafizəkar Milli Partiya səslərin hesablanmasının davam etməsinə baxmayaraq, öz namizədi Nəsri Asfuranın məğlubiyyətini etiraf edib.

İlkin məlumatlara görə, solçu namizəd Kastro 53,4%, rəqibi isə 34,1% səs toplayıb. Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken Kastronu təbrik edərək, Vaşinqtonun onunla əməkdaşlığa ümid etdiyini bildirmişdi. Kastro 2006-2009-cu illərdə çevriliş nəticəsində devrilən prezident Manuel Zelayanın xanımı olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Honduras   Prezident  





Xəbər lenti