"ABŞ-ın demokratiya sammiti təhlükəli və ikiüzlülükdür" - Zaxarova

   "ABŞ-ın demokratiya sammiti təhlükəli və ikiüzlülükdür" -    Zaxarova
  01 Dekabr 2021    Oxunub:897
"ABŞ-ın dekabrda keçirmək niyyətində olduğu “Demokratiya uğrunda sammit” ideyası təhlükəli və ikiüzlülükdür”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, tədbirin hansı formatda keçirməsinə deyil, ideyanın özünə də baxmaq lazımdır: “İdeyanın özü təkcə ikiüzlülüyə görə deyil, demokratiya, insan haqları qorunmayan dövlətlərin bunlardan danışması və bunları öyrətməyə cəhdi çox təhlükəlidir".

Qeyd edək ki, dekabrın 9-10-da ABŞ Prezidenti Cozef Bayden təşəbbüsü ilə videoformatda “Demokratiya uğrunda sammit” keçiriləcək. Ümumilikdə sammitə 110 dövlətin lderi dəvət edilib. Tədbirə Rusiya dəvət almayıb.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Rusiya-XİN  





Xəbər lenti