“Qaraheybət”də yaralanan hərbçilərin vəziyyəti açıqlanıb - VİDEO

   “Qaraheybət”də yaralanan hərbçilərin vəziyyəti açıqlanıb -  VİDEO
  30 Noyabr 2021    Oxunub:637
“Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən hərbi helikopterin qəzaya uğraması zamanı yaralanan iki nəfər hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) hospitalındadırlar”.

AzVision.az xəbər verir ki, bunu DSX-nin rəis müavini general-leytenant İlham Mehdiyev deyib.
Hadisə zamanı yaralanan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlunun vəziyyətindən danışan DSX rəisinin müavini deyib: “Onlar ayaq üstədirlər”. Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.



AzVision.az

Teqlər: Helikopter   Qəza  







Xəbər lenti