Gürcüstanda yoluxma sayı yenidən artıb

Gürcüstanda yoluxma sayı yenidən artıb
  30 Noyabr 2021    Oxunub:224
Gürcüstanda son sutkada daha 5 050 nəfər koronavirusa yoluxub, 80 pasiyent pandemiyanın qurbanı olub.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilib. Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 845 643-ə, sağalanların sayı 788201-ə, bu virusdan ölənlərin sayı isə 12 054-ə çatıb.

Hazırda Gürcüstanda 45 362 aktiv koronavirus xəstəsi var. Daha 1 135 nəfər klinik otellərdə, 40 nəfər karantində, 40 494 nəfər isə özünütəcrid rejimindədir.

AzVision.az

Teqlər: Gürcüstan  







Xəbər lenti