İlham Əliyev Ərdoğanla görüşüb - FOTOLAR +YENİLƏNİB

   İlham Əliyev Ərdoğanla görüşüb -    FOTOLAR +YENİLƏNİB
  28 Noyabr 2021    Oxunub:884
Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
AzVision.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edilib.

Söhbət zamanı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunulub, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirilib.

Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.

Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə ediblər.
***
19:04
"Zəngəzur dəhlizinin önəmi böyükdür" - Ərdoğan
Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.





AzVision.az

Teqlər:   İlham-Əliyev   Ərdoğan  







Xəbər lenti