“Qarabağ” və “əsir” sözləri olmayan Bəyanat – Şərh
Rusiya Prezidenti Vladimir Putinin dəfələrlə “dəhliz” ifadəsini işlətməklə Zəngəzur dəhlizi layihəsinin dəstəklədiyini nümayiş etdirməsi Ermənistan üçün ciddi bir siqnal olmalıdır.
Sərhədlərin delimitasiya və demarkasiyası da Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi prioritet məsələlərdən biri idi. Bu məsələnin yekun sənəddə əksini tapması Azərbaycanın hədəflərinə doğru atdığı növbəti uğurlu addımıdır.
Ermənistanın baş naziri Nikol Paşinyanın bir ildir israrla təkid etdiyi, dünənki görüşdə də xüsusilə vurğuladığı əsir və ya girovlar məsələsi barədə isə Bəyanatda bir kəlmə də mövcud deyil. Azərbaycan Prezidentinin əsir və girovlarla bağlı gətirdiyi arqumentlər Paşinyanın kəkələyən tutuquşu kimi təkrarladığı saxta faktları neytrallaşdırdı.
Sayca üçüncü olan Bəyanatın tərkibinə baxdıqda məlum olur ki, Paşinyanın uydurduğu ənənəvi yalanlara artıq nə qonşuları, nə rəqibləri, nə də strateji müttəfiqləri inanırlar.
Ədalət Verdiyev, hərbi ekspert
Teqlər: Soçi-Görüşü