“Qarabağ şikəstəsi” oratoriyası xoreoqrafik quruluşda təqdim olunub

      “Qarabağ şikəstəsi”    oratoriyası xoreoqrafik quruluşda təqdim olunub
  06 Noyabr 2021    Oxunub:1820
“Qarabağ şikəstəsi" oratoriyasının musiqili-xoreoqrafik ilk dəfə səhnələşdirilmiş quruluşu təqdim edilib.
AzVision.az xəbər verir ki, Heydər Əliyev sarayında keçirilən tədbirdə Vətən müharibəsində şanlı qələbəmiz nəticəsində tariximizə qızıl hərflərlə yazılan “Zəfər günü”nə həsr olunmuş möhtəşəm layihə təqdim edilib.

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təqdimatı ilə, görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun, şair, publisist Teymur Elçinin sözlərinə yazdığı “Qarabağ şikəstəsi” oratoriyasının musiqili-xoreoqrafik quruluşu tamaşaçılara təqdim olunub.

Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, layihənin rəhbəri və dirijoru Xalq artisti Yalçın Adıgözəlov, ssenari müəllifi Əjdər Ulduz, quruluşçu xoreoqrafı Xalq artisti Kamilla Hüseynova, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xormeystri Xalq artisti Gülbacı İmanova və quruluşçu rəssamı Fərid Nəcəfovdur. Layihədə solistlər Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Ramil Qasımov, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Əməkdar artist Əliağa Sədiyev (tar) və Azərbaycan Dövlət Akademik Filarmoniyasının Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası iştirak ediblər.

Qeyd edək ki, “Qarabağ şikəstəsi” oratoriyası musiqili-xareoqrafik quruluş Azərbaycan xalqının işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda apardığı qəhrəmanlıq mübarizəsini əks etdirir.

AzVision.az



Teqlər: Qarabağ-şikəstəsi  





Xəbər lenti