Türkiyə Prezidentindən Azərbaycanla bağlı paylaşım

   Türkiyə Prezidentindən Azərbaycanla bağlı paylaşım
  26 Oktyabr 2021    Oxunub :378
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrdə Azərbaycan səfəri haqqında paylaşım edib.
AzVision.az xəbər verir ki, o, özünün Tviter səhifəsində Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında səsləndirdiyi fikri paylaşıb.

"Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin tərəqqisi üçün fəaliyyətini davam etdirir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməkdə, qardaş Azərbaycana bütün imkanlarımızla dəstək olmaqda davam edəcəyik", - Türkiyə rəhbəri yazıb.

AzVision.az

Teqlər: Azərbaycan   Türkiyə  







Xəbər lenti