Xalası qızını aldadan qadının işi məhkəməyə göndərilib
İstintaqla müəyyən edilib ki, Maral Xəlilova xalası qızı Xumar Əbdüləzimovanın etibarından sui-istifadə edərək sonuncunun oğlu Qorxmaz İdriszadə barəsində Füzuli Rayon Polis şöbəsinin İstintaq bölməsində istintaq edilən cinayət işinin Cinayət Məcəlləsinin daha yüngül məsuliyyət nəzərdə tutan maddəsinə tövsif edilməsində köməklik edəcəyi adı ilə ondan ümumilikdə 23 min manat məbləğində pul alıb.
Maral Xəlilovaya Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
AzVision.az
Teqlər: Məhkəmə