"Bolduin faciəsi"nin detalları bəlli olub: Aktyor silahla məşq edirmiş

   "Bolduin faciəsi"nin detalları bəlli olub: Aktyor silahla məşq edirmiş
  25 Oktyabr 2021    Oxunub:2262
Bir neçə gün öncə çəkiliş meydançasında ağır yaralanan rejissor Joel Souza hadisənin təfərrüatlarını danışıb. AzVision.az xəbər verir ki, "NBS" rejissorun fikirlərini dərc edib.
Souza faciənin "Rust" filminin çəkilişindəki məşq zamanı baş verdiyini təsdiqləyib. O bildirib ki, çəkiliş komandası çəkilişə hazırlaşan zaman aktyor Alek Balduin silahı əlində tutaraq məşq edirmiş. Rejissor isə operator Qalina Hatçinsin arxasında dayanıbmış.

Film kimi cinayət: "Bolduin faciəsi"nin müəmmaları çözüləcəkmi?
- Qəfildən yüksək bir partlayış səsi eşidilib. Qadın qarnından tutub büdrəyib, Souzanın isə çiynindən qan axmağa başlayıb,- "NBS" yazıb.

Digər operator Rid Rassel isə Balduinin silahlarla həmişə çox diqqətli davrandığını deyib.

Xatırladaq ki, ABŞ-da "Rust" filminin çəkilişləri zamanı məşhur aktyor Alek Bolduin operatoru öldürüb. O, həmçinin filmin rejissorunu da ölümcül yaralayıb. Güllə rejissor Coel Souzanın körpücük sümüyünü zədələyib. Ukrayna əsilli operator Qalina Hatçins isə təyyarə ilə "Albukerke" xəstəxanasına çatdırılsa da, vəfat edib. Santa-Fe şerifinin sözçüsü, ölümün aktyorun açdığı atəş nəticəsində baş verdiyini lakin ona qarşı hələlik ittiham irəli sürülmədiyini söyləyib. Çəkilişlər isə dayandırılıb. Hazırda əksər saytlar bir sıra suallar yaradan bu insidenti "Bolduin faciəsi" kimi təqdim edirlər.

Oktyabrın 22-də Bolduin İnstaqram hesabında yazıb ki, hadisənin araşdırılmasında polislə əməkdaşlıq edir. O, həmçinin mərhumun ailəsi ilə əlaqə saxladığını və onlara öz dəstəyini təklif etdiyini bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Aktyor   Faciə   Film  





Xəbər lenti