Moskva görüşündə üçtərəfli bəyanat qəbul ediləcək - KİV

   Moskva görüşündə üçtərəfli bəyanat qəbul ediləcək -    KİV
  23 Oktyabr 2021    Oxunub:1753
"Rusiya, Azərbaycan və Ermənistan liderlərinin - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın üçtərəfli görüşü noyabrın birinci ongünlüyündə Moskvada baş tuta bilər".

AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, danışıqlar nəticəsində üçtərəfli bəyanatların imzalanması gözlənilir.

"Bəli, belə bir görüş nəzərdə tutulub. Danışıqlar noyabrın 8-i və ya 9-da Moskvada keçirilə bilər", - mənbə əlavə edib.

Bildirilib ki, görüşdə üçtərəfli bəyanatların imzalanması gözlənilir: "Sənəd Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə aid olacaq. Bu proses mürəkkəbdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə problemin həlli yolunu tapmaq məqsədilə özləri üçün "yol xəritəsi" müəyyən edəcəklər. Bölgədəki nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üçün də bəyanat qəbul olunacaq. Bu müddəa keçən ilin noyabr ayında üç ölkənin liderləri tərəfindən qəbul edilən bəyanatda da əksini tapıb".

Xatırladaq ki, erməni KİV-lər də görüşün olacağı və iki sənədin imzalanacağı barədə məlumat yayıb. Rusiya, Azərbaycan və Ermənistan liderləri bundan əvvəl cari ilin yanvarında Moskvada görüşüblər.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Azərbaycan   Rusiya   Ermənistan   Görüş  





Xəbər lenti