Kennedinin öldürülməsinə dair yeni materiallar ilin sonunda açıqlanacaq

   Kennedinin öldürülməsinə dair yeni materiallar ilin sonunda açıqlanacaq
  23 Oktyabr 2021    Oxunub:618
Amerika administrasiyası ABŞ-ın 35-ci prezidenti Con Kennedinin 1963-cü ildə öldürülməsi ilə bağlı yeni materialları dekabrın 15-də dərc etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

1992-ci ildə ABŞ Konqresi bəyan edib ki, Kennedinin öldürülməsinə dair bütün məlumatlar ölkənin müdafiə, kəşfiyyat, hüquq-mühafizə və ya xarici siyasətinə zərər vermədiyi halda “tədricən açıqlanmalıdır”. Departamentin şöbələri bu sənədləri yoxlayır.

ABŞ-ın hazırkı prezidenti Co Bayden materialların dərci prosedurunu təsdiqləyib. Onlardan bəzilərinin dekabrın 15-də açıqlanacağı gözlənilir. Dərc ediləcək materiallar hökümət orqanlarının etirazına səbəb olmayan məlumatlardır.

Məlumatların ikinci hissəsinin nəşri isə təxirə salınıb. Həmin məlumatların 15 dekabr 2022-ci il tarixinə qədər açıqlanması gözlənilmir. Bəyanata vurğulanıb ki, əvvəlcə müvafiq tövsiyyə ABŞ Milli Arxiv və Sənədlər İdarəsinin rəhbərliyinə təqdim edilib.

Aytən Zəhra
AzVision.az



Teqlər: ConKennedi   ABŞ  





Xəbər lenti