“II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı”nın ikinci günü "Arşın mal alan" operettası nümayiş olunub - FOTO

   “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı”nın ikinci günü "Arşın mal alan" operettası nümayiş olunub -    FOTO
  16 Oktyabr 2021    Oxunub:1637
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası təqdim olunub.
AzVision.az xəbər verir ki, baş rollarda Xalq artisti Gülyaz Məmmədova, Əməkdar arstistlər Fərid Əliyev, Inarə Babayeva, Cahangir Qurbanov, Gülüstan Əliyeva, Tural Ağasiyev, Səbinə Vahabzadə və Sadiq Məlikovdur. Operettanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

AzVision.az



Teqlər: Festival   Operetta  





Xəbər lenti