Tarif Şurasının qərarı büdcədən asılılığı aradan qaldıracaq - Azəriqaz
"Azəristiliktəchizat" ASC-yə, məhəllə qazanxanalarına və CNG yanacaqdoldurma məntəqələrinə satılan qazın tarifi 13 qəpikdən 17,1 qəpiyə artırılır.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev AzVision.az -a açıqlamasında bildirib ki, Tarif Şurasının verdiyi bu qərar qurumun daha rentabelli işləməsinə, büdcədən asılılığın aradan qaldırılmasına hesablanıb:
"Dövlətin qarşısında duran ən ümdə məsələlərdən biri dövlət qurumlarının büdcədən asılı olmamasıdır. Bu asılılığın aradan qaldırılmsı, rentabelliyin təmin edilməsi xidmət sahəsində inkişafa da təkan verəcək. Ümidvaram ki, bundan sonra da Azəriqaz İB göstərdiyi xidmət artımlar müqabilində daha yüksək səviyyədə olacaq".
AzVision.az