"Qıpçaq rəqsləri" yenidən səhnədə

"Qıpçaq rəqsləri" yenidən səhnədə
  11 Oktyabr 2021    Oxunub:1892
Oktyabrın 9-da pandemiya ilə əlaqədar uzunmüddətli məcburi fasilədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 113-cü mövsümünə başlayıb.
Həm də yeni tamaşa ilə - rus bəstəkarı Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baletinin premyerası ilə baş tutacaq. Tamaşanın quruluşunu Mixail Fokinin xoreoqrafiyası əsasında Azərbaycanın Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Səmədov həyata keçirib.

İnamla demək olar ki, S.Səmədov üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəlib və tamaşa çox uğurlu alınıb. Baletin musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlovdur.

Əsas rolları balet truppasının aparıcı solistləri - Əməkdar artist Nigar İbrahimova, Xalq artisti Gülağası Mirzəyev, truppanın gənc solistləri Fatimə Xələfova, Zəhra Tanrıverdiyeva və Seymur Qədiyev ifa ediblər.

Pandemiya qaydalarına ciddi surətdə əməl olunmaqla keçirilən tamaşa baletsevərlər tərəfindən böyük maraqla qarşılanmıb. Tamaşada Mədəniyyət naziri Anar Kərimov, nazirlik aparatının məsul əməkdaşları və çoxsaylı qonaqlar iştirak ediblər.















Azvision.az




Teqlər:





Xəbər lenti