Qanunsuz fəaliyyət göstərən ət satışı məntəqələri aşkarlanıb

Qanunsuz fəaliyyət göstərən ət satışı məntəqələri aşkarlanıb
  10 Oktyabr 2021    Oxunub:1610
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, Qazax rayonunda fəaliyyət göstərən ət satışı məntəqələrində reyd keçirilib.

Reyd zamanı ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib.

Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az



Teqlər: Qazax   AQTA  





Xəbər lenti