12 rayonda vətəndaşlara cins heyvanlar veriləcək
Layihə çərçivəsində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Samux rayonları üzrə ümumilikdə 200 vətəndaşa cins heyvandarlıq zərfi üzrə aktivlər təqdim ediləcək. Vətəndaşların seçiminə artıq başlanılıb.
Seçiləcək iştirakçılara biznes təlimlər keçiriləcək və təlimi uğurla başa vuran şəxslərə məhsuldar damazlıq heyvan cinsləri (2 baş Simmental/Sviss cinsi) və avadanlıqlar (sağım aparatı, ilkin yem ehtiyatı, qaşov, yemqıran) təqdim olunacaq. Aktivlərlə təmin olunduqdan sonra isə iştirakçılara sahibkarlıq fəaliyyətinin inkişafı üçün mentor dəstəyi, və satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün köməklik göstəriləcək.
Layihə “Kiçik və orta biznes subyektləri və klublarının Assosiasiyası”nın əməkdaşlığı ilə həyata keçirilir.
Layihə iştirakçılarına dair tələblər və qeydiyyat üçün aşağıdaki linkə daxil olmaq lazımdır: https://forms.gle/6KZ8wAwjBuNHddR6A
Azvision.az
Teqlər: KOBİA