İş adamları Kolumbiyada İnvestisiya Sammitinə dəvət olunublar
Qeyd olunub ki, tədbirin açılışında iştirak edəcək Kolumbiya Prezidenti İvan Duke, nazirlər, “ProColombia” İxrac, Turizm və İnvestisiyaların Təşviqi Agentliyinin rəhbəri və digər yüksək vəzifəli şəxslər ölkənin sərmayə perspektivlərini və imkanlarını təqdim edəcəklər.
Forum çərçivəsində xarici investorlar Kolumbiyaya gəlməzdən öncə biznes imkanlarını müəyyən etmək və təklif olunan layihələrə qoşulmaq üçün yerli şirkətlərlə virtual görüşlər keçirmək imkanı qazanacaqlar. Qeydiyyat prosesini asanlaşdırmaq üçün Azərbaycan iş adamları Kolumbiya səfirliyinə müraciət edə bilərlər.
Xatırladaq ki, son İnvestisiya Sammiti 2000-dən çox nümayəndənin iştirakı ilə 2020-ci ildə virtual və əyani formada keçirilib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Kolumbiya İnvestisya-Sammiti