Baloğlan Əşrəfovun mahnıları it-bat oldu

AzVision.az xəbər verir ki, bu barədə AzNews.az-a danışan B.Əşrəfov deyib ki, arxiv üçün yazdırdığı 10 mahnının yoxa çıxmasını yaxın vaxtlarda bilib:
“AzTV-nin bədii rəhbəri Etibar Babayevin dəvəti ilə arxiv üçün 10 mahnı lentə aldırdım. Amma bu gün həmin mahnıların nə “ölü”sü var, nə də “diri”si. On mahnı it-bata düşdü”.
Müğənni bu məsələdə E.Babayevi günahlandırıb: “Mahnıların it-bat olduğuna inanmıram. Bu barədə soruşduğumda Etibar Babayev dedi ki, itirib. Yəni mahnılar bir-birinə qarışıb. Mən isə buna inanmıram, inanmaq da istəmirəm. Təəssüf ki, Etibar Babayevin sayğısızlığı ucbatından mahnılarım belə aqibətlə qarşılaşdı”.
Müğənni problemi AzTV-nin rəhbəri Arif Alışanova deyəcəyini də açıqlayıb: “Təəssüf ki, AzTV-də belə nadürüst insanlar var. Əgər, doğrudan da, o, mənim səs yazımı itiribsə, niyə ikinci dəfə yazmaq üçün dəvət etmir? Marağı nədir?” deyə əməkdar artist şikayət edib.
Teqlər: