Ərzaq kartofuna dair yeni dövlət standartı
Standart "Tərəvəz toxum" əkin materiallarının, yetişdirilmiş məhsulların istehsalının,emalının, saxlanmasının, daşınmasının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Beynəlxalq standartlara və yerli şəraitə uyğun aparılmış elmi tədqiqat işlərinin nəticələrinə əsaslanaraq qəbul edilən yeni dövlət standartının müzakirəsində Kənd Təsərrüfatı Nazirliyinin müvafiq elmi tədqiqat institutlarının və digər aidiyyəti qurumların nümayəndələri iştirak edib.
Azvision.az
Teqlər: Kartof