Ermənistan diasporla iş müstəvisində geriləyib
Onun sözlərinə görə, bu proses hələ Livandakı vətəndaş müharibəsində həm paytaxt Beyrutun, həm də bütövlükdə Livanın erməni əhalini tamamilə itirməsi zamanı başlayıb. “Mən hələ İran və ya Suriya müharibələrinin nəticələrini demirəm”, - Sinanyan qeyd edib.
Səlahiyyətli müvəkkil yaranmış vəziyyətlə bağlı hökumətin gördüyü tədbirlər, o cümlədən diaspor ermənilərinin problemlərinin həlli və onların sonrakı repatriasiyası yönündə aparılan işlər barədə məlumat verib.
Ölkə əhalisinin ildən-ilə daha da azalması fonunda Ermənistanın guya diaspor ermənilərinin problemlərinin həlli üzərində “baş sındırdığı”na inanmaq çox çətindir. Çünki tarixən əslində Ermənistan hakimiyyəti özünün üzləşdiyi problemləri erməni diasporunun ianələri hesabına həll edib.
Sahil İsgəndərov
Azvision.az
Teqlər: Ermənistan Diaspora